


Fermerləri kənd təsərrüfatı texnikasının təchizatçıları və maliyyə
qrumları ilə tanış etmək və eləcə də texnika satışı şərtləri barədə məlumatlandırmaq
məqsədi ilə Aqrar kredit və İnkişaf agentliyi bu gündən 6 rayonda texnika
yarmarkaları keçirir.
İlk yarmarka Şəmkirdə baş tutub.
Yarmarkada 20-dən artıq texnika təchizatı ilə yanaşı, banklar, lizinq və
sığorta şirkətləri öz məhsullarını təsərrüfat sahiblərinə və fermerlərə təqdim
edib.
Yarmarka iyunun 25-nə qədər davam edəcək.
ARB 24