


Qərb bölgəsində hava şəraitinin kəskin dəyişilməsini nəzərə alaraq Azərişıq
gücləndirilmiş iş rejiminə keçib.
Qrumun məlumatına görə, elektrik şəbəkələrinin
normal iş rejiminin təmin olunması məqsədi ilə Şəmkir, Daşkəsən və Gədəbəydə
elektrik şəbəkələri üzrə növbətçilik üzərində nəzarət gücləndirilib,
qabaqlayıcı tədbirlər görülüb.
Gecə saatlarında bəzi yerlərdə baş verən qəzaların nəticələri operativ aradan
qaldırılır.
Qeyd edək ki, gecə Gəncə, Zaqatala və Qaxa dolu yağıb. Güclü külək əsib. Bir
çox ərazilərdə ağaclar aşıb, elektrik və rabitə xətləri qırılıb. Elektrik
verilişində fasilələr yaranıb. Dolu meyvə ağaclarına və avtomobillərə ziyan
vurub.
ARB 24