


Son iki ildə
Azərbaycanda həyata keçirilən tədbirlər nəticəsində 250 minə yaxın iş yeri
leqallaşıb. Bununla da Dövlət Sosial Müdafiə Fonduna ödənilən vəsait 200 milyon
manata qədər artıb.
Bunu Azərbaycan Baş Nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə
Şurasının sədri Əli Əhmədov Bakıda keçirilən "Dayanıqlı İnkişaf Məqsədləri
mövzusunda dövlət-özəl sektor dialoqu"nda deyib.
Ə.Əhmədov bildirib ki, bu, pensiya sisteminin dayanıqlığına bir töhfədir və
eyni zamanda özəl sektorda çalışan insanların gələcəkdə etibarlı pensiya
sistemi ilə təmin olunması üçün əhəmiyyəti töhfə sayıla bilər.
ARB 24