


Prezident
İlham Əliyev Azərbaycanın Belçikadakı Səfirliyinin yeni binasının açılışında
iştirak edib.
Dövlət başçısına məlumat verilib ki, Brüsselin Tervuren prospektində yerləşən
bina 2014-cü ildə alınaraq əsaslı təmir edilib, fasadı yenilənib.
Bina Avropa təsisatlarına çox yaxın məsafədə, Parmentier parkının yaxınlığında,
çoxsaylı diplomatik missiyaların yerləşdiyi prospektdədir.
Giriş dövlət rəmzləri ilə bəzədilib. Burada dünyanın müxtəlif şəhərlərinin məşhur
muzeylərində saxlanılan Azərbaycan xalçalarının fotoları var.
Qeyd edək ki, Prezident İlham Əliyevin Belçikaya işgüzar səfəri artıq başa çatıb.
ARB 24